“Sergey Viktoroviçlə İndoneziyada xəbər lentini oxuyuruq və gözlərimizə inanmırıq: sən demə, o, xəstəxanaya yerləşdirilib. Əlbəttə ki, bu, "feyklər"in ali pilotajıdır”, - Rusiya XİN sözçüsü vurğulayıb.
***
13:18
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Balidə keçirilən G20 sammitinə gəldikdən sonra xəstəxanaya yerləşdirilib.
Bu barədə AP-nin reportyoru İndoneziya rəsmilərinə istinadən məlumat yayıb.
İndoneziya rəsmiləri bildirib ki, Lavrov səhhətində problem yarandığı üçün xəstəxanaya aparılıb. İndoneziya hökumətinin üç rəsmisi və tibb işçisi “Associated Press“ə rus diplomatın müalicə olunduğunu bildirib.
Mənbələrdən ikisi Lavrovun ürək xəstəliyindən müalicə olunduğunu deyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?