İran məhkəməsi son üç gündə Məhsa Əmininin sentyabr ayında baş örtüyü düzgün örtmədiyi iddiası ilə həbs edildikdən sonra öldürülməsinin səbəb olduğu nümayişlər zamanı həbs olunan ikinci etirazçıya ölüm hökmü çıxarıb.
"İnqilab məhkəməsi küçədə soyuq silahdan istifadə edərək, insanları təhdid etməkdə, motosiklet yandırmaqda və bıçaqla bir şəxsə hücum etməkdə təqsirləndirilən digər müttəhimə ölüm hökmü çıxarıb" məhkəmə sisteminin "Mizan Online" saytı noyabrın 15-də axşam saatlarında bildirib.
"Mizan Online"ın bir neçə gün əvvəl Tehrandakı nümayişdə iştirak edən etirazçılardan birinə ilk ölüm hökmünün çıxarıldığını bildirmişdi.
Agentlik təqsirləndirilən şəxsin adının Səman Seydi olduğunu, onun hökumət binasını yandırmaqda, asayişi pozmaqda, milli təhlükəsizlik əleyhinə cinayət törətməkdə və odlu silahdan istifadə etməkdə təqsirli bilindiyini, "Allahın düşməni" elan edildiyini yazmışdı.
Ölüm cəzası Əmininin ölümü haqqında ilk yazan iki jurnalist - Nilufər Hami və İlahə Məhəmmədiyə qarşı da tətbiq edilə bilər. İran hökuməti onları dövlətə xəyanətdə və ABŞ kəşfiyyat orqanlarına işləməkdə ittiham edib.
Nilufər Həmi baş örtüyünü düzgün örtmədiyinə görə polis nəzarətində olan zaman komaya düşən Məhsa Əminin valideynlərinin Tehran xəstəxanasında qucaqlaşdıqlarını çəkən jurnalistdir. Onun Twitter-dəki bu fotosu hadisə ilə bağlı ilk xəbər olub.
İlahə Məhəmmədi Əmininin ölkəni bürümüş kütləvi etirazların başladığı doğma şəhəri olan Sagezdə dəfn mərasimini işıqlandırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?