GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Çin etirazları: Kommunist Partiyası üçün dönüş nöqtəsi

Çin etirazları: Kommunist Partiyası üçün dönüş nöqtəsi

Tarix: 29-11-2022, 14:43 Bölmə :Dünya Baxış: 208

Üç ilə yaxın davam edən sərt COVID tədbirlərindən sonra Çin lideri Si Cinpinq böyük sınaqla üz-üzədir. On minlərlə insan hökumətin qeyd-şərtsiz nəzarət və söz azadlığına təzyiq siyasətinə etiraz üçün küçələrə çıxıb.

Noyabrın 25-də başlayan nümayişlər Çinin azı 16 bölgəsinə, o cümlədən paytaxt Pekin və maliyyə mərkəzi Şanxaya yayılıb.

Şüarlar

İnsanlar Kommunist Partiyasının qadağalarla dolu “sıfır COVID” siyasətinə etiraz edirlər. Bu siyasət nəticəsində milyonlarla insan evlərində və ya karantin mərkəzlərində dustaq qalıb, yaxud da səyahət etmək hüquqları əllərindən alınıb. İnsanlar bitməz-tükənməz test, lokdaun və nəzarət girdabında ilişib qalıblar.

Ancaq bu vətəndaş itaətsizliyi dalğası eyni zamanda ölkə rəhbərliyinin illərlə davam edən sosial-iqtisadi siyasətindən məyusluğunu da əks etdirir. Dünyanın qalan hissəsinin pandemiya qadağalarından çıxdığı zamanda vətəndaşlar dövlətin siyasətini getdikcə daha çətin anlayırlar.

Yayılan videolarda Şanxayda etirazçıların “Si Cinpinq! Vəzifədən get! CCP (Çin Kommunist Partiyası)! Get!” dediyi eşidilir. Bəzi başqa videolarda etirazçılar daha çox demokratik azadlıqlar və ifadə azadlığı tələb edirlər.

“Bu, Kommunist Partiyası üçün dönüş nöqtəsidir”, – “Natixis” investisiya bankının Asiya-Sakit okean hövzəsi üzrə baş iqtisadçısı Alisia Qarsia-Herrero AzadlıqRadiosuna deyib.

Əyilmə nöqtəsi

İnsanların bu açıq çağırışı Çin üçün ciddi əyilmə nöqtəsidir.

Bu təkcə xalqın ölkəni idarə edənlərə qarşı artan qəzəbini göstərmir, həm də COVID hallarının artdığı və daha yoluxucu variantların mövcud olduğu dövrdə baş verir. Bəs görəsən, Si buna necə cavab verəcək?

COVID qadağalarının doğurduğu qəzəb artıq aylardır ki, artmaqdadır. Ancaq Sintszyan regionunun paytaxtı Urumçidə çoxmərtəbəli binada yanğında 3-ü uşaq olmaqla 10 nəfərin həyatını itirməsi insanların səbr kasasını daşırıb.

Sakinlər yanğınsöndürənlərin binaya yaxınlaşa bilməməsininə görə lokdaun tədbirlərini günahlandırırlar.

Rəsmilərin mövqeyi

Noyabrın 25-də rəsmilər bu ölümlərdə COVID qadağalarının rolunu danıblar və üstəlik, “Özünüxilas qabiliyyəti çox aşağı olub” deməklə yerli sakinləri günahlandırıblar. Bu cavab Çin sosial media platformalarında qəzəbi daha da qızışdırıb və Urumçidə etirazlar baş qaldırıb.

Sentyabrda isə Quijouda insanları karantin mərkəzinə daşıyan bir avtobus qəzaya uğrayıb və 27 nəfər həyatını itirib. Bunun ardınca Jenjouda “Apple” “iPhone” zavodunda minlərlə işçi ilə iğtişaş polisi arasındakı toqquşmalar hələ də davam edir. Bu etirazlarda işçilər barrikadaları sökərək “boğucu” qaydaların aradan qaldırılmasını tələb ediblər.

Çin rəsmiləri “sıfır COVID” strategiyasını dəstəkləməkdə israrlıdırlar.

Çin vaksinasiya kampaniyası aparsa da, insanlara Çində istehsal olunan vaksin vurulub. Bu vaksin Omikron kimi daha sürətlə yoluxan variantlara qarşı yetərincə güclü deyil. Rəsmilər də qadağaların yumşaldılması nəticəsində səhiyyə sisteminin yüklənə biləcəyindən ehtiyatlanırlar. Bu yanaşma nəticəsində ölkənin 1,4 milyardlıq əhalisinin təbii immuniteti də aşağı düşüb.

Tələbə etirazları

Mövcud etirazlarda bəzi universitet kampusları əsas etiraz nöqtələri rolunu oynayır.

Sian İncəsənət Akademiyasında toplaşan xalq Urumçidə ölənləri yad etmək üçün telefonlarını yuxarı qaldırıb. Bəzi universitetlərin saytları isə tələbələrin gül, etirazların simvolu olan ağ kağız tutduqları fotoları dərc edib.

Çində etirazlar nadir hadisə deyil. Zaman-zaman ölkənin müxtəlif yerlərində bank sektoru, yerli korrupsiya və işçi hüquqları ilə bağlı etirazlar baş qaldırır. Ancaq ekspertlər deyirlər ki, hazırkı etirazların miqyası və yayılma dərəcəsi çox fərqlidir.

“Bu etirazların kökündə hansısa lokal hadisə deyil, mərkəzi hökumət və Si Cinpinqin COVID siyasətindən birbaşa narazılıq dayanır. Etirazların spontan şəkildə əsas şəhərlərə yayılması Partiya üçün açıq-aydın sınaqdır”, – Almaniyada fəaliyyət göstərən Corc Marşall Avropa Təhlükəsizlik Elmləri Mərkəzinin Çin üzrə eksperti Sari Arho Havren deyir.

Çinlilər nə istəyir

2019-cu ildə Honq Konqda başlayan, demokratiyanı dəstəkləyən etirazlar indiki etirazlardan böyük olsa da, hazırkı etirazlar Çinin əsas (materik) hissəsində 1989-cu ildən bəri görülən ən iri etirazlardır. 1989-cu ildə demokratik tələblərlə başlayan etirazlar bütün ölkəni bürümüş və Pekinin Tyananmen meydanı ətrafında qanlı toqquşma və qırğınla sona çatmışdı.

“Çində insanların çoxunda Qərb tərzi demokratiya haqda ideallaşdırılmış təsəvvür yoxdur. Ancaq onlar insanyönlü siyasət vədlərinə əməl edən hökumət istəyirlər. Hazırda isə bu yoxdur”, – London Kral Kollecinin Lau Çin İnstitutunun direktoru Kerri Braun deyir.

Hər kəs hökumətin xalqın qəzəbini necə yatıracağını görmək istəyir. Sərt COVID siyasətinin yumşaldılıb-yumşaldılmayacağı da hamıya maraqlıdır.

“Əgər etirazlar özü-özünə yatmasa, əksinə, daha da yayılsa, buna cavab olaraq ağır repressiya gözləyə bilərik”, – Havren söyləyir.

Hökumətin atdığı addımlar

Hökumətin nəzarətində olan “People’s Daily” qəzeti noyabrın 27-də mövcud COVID qaydalarına “sarsılmaz sədaqət” çağırışı edib. Eyni gündə Urumçidə hökumət nümayəndələri lokdaun tədbirlərinin tədricən aradan qaldırılması yönündə ictimai nəqliyyatın işinin qismən bərpa ediləcəyini bildirib.

Şanxayda polis insanların ölənləri yad etmək üçün toplaşdığı yerə hücum edərək etirazçılarla toqquşub və bir neçə nəfəri həbs edib. Noyabrın 28-nə keçən gecə Şanxay hökumətinin etirazların baş verdiyi yollarda hündür baryerlər quraşdırdığı görülüb.

Bəzi nümayişlər dinc yolla dağıdılıb. Bəzilərini isə iğtişaş polisi və digər polis qrupları dağıdıb və etirazçıları maşınlara doldurub.

Çinin bəzi yerlərində isə rəsmilər etirazlar barədə danışmamağa, bəzilərində isə onların mövcudluğunu danmağa üstünlük verirlər.



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Minlərlə fransız insan Makronun “qəddar” iqtisadi siyasətinə etiraz edir

    Minlərlə fransız insan Makronun “qəddar” iqtisadi ...

    28-05-2018, 14:34

  • 
  • Honq-Konqda nümayişçilər polislə toqquşub

    Honq-Konqda nümayişçilər polislə toqquşub ...

    8-07-2019, 20:20

  • 
  • Çinin Kommunist partiyasının 70-ci ildönümündə Honq Konqda etirazlar keçirlib

    Çinin Kommunist partiyasının 70-ci ildönümündə ...

    2-10-2019, 11:58

  • 
  • İrəvanda etiraz aksiyası: minlərlə insan küçələrə çıxıb

    İrəvanda etiraz aksiyası: minlərlə insan küçələrə ...

    23-07-2016, 01:27

  • 
  • Bakıda etiraz yürüşü başlayıb, yüzlərlə insan küçələrə çıxdı – FOTO (YENİLƏNİB)

    Bakıda etiraz yürüşü başlayıb, yüzlərlə insan ...

    24-12-2015, 19:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (450)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu