GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Paşinyan Əliyevin adından danışır: Rikerlə görüşdə “Bakı-Xankəndi danışıqlarını” müzakirə edib

Paşinyan Əliyevin adından danışır: Rikerlə görüşdə “Bakı-Xankəndi danışıqlarını” müzakirə edib

Tarix: 2-12-2022, 09:45 Bölmə :Dünya Baxış: 193

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 1-də Yerevanda ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə müşaviri Filip Rikeri qəbul edib.

AzadlıqRadiosunun erməni xidməti – Azatutyun baş nazirin mətbuat xidmətinə istinadla yazır ki, Paşinyan görüş zamanı Amerika diplomatına Yerevanın “ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini yüksək qiymətləndirdiyini” bildirib.

Bu da qeyd olunur ki, Paşinyan və Riker bu görüş zamanı “Qarabağ problemi ilə bağlı məsələləri və Xankəndi ilə Bakı arasında danışıqlar mexanizminin yaradılması” məsələsini müzakirə ediblər

Xəbərdə deyilir ki, danışıqlar zamanı Azərbaycan-Ermənistan münasibətləri, regional stabillik və başqa məsələlər müzakirə olunub.

Bakının mövqeyi

Azərbaycan tərəfi Ermənistan baş nazirinin ofisindən verilən bu məlumatla bağlı hələki münasibətini bildirməyib.

Azərbaycan prezidenti İlham Əliyev bundan əvvəl verdiyi bəyanatlarda Qarabağ probleminin artıq mövcud olmadığını, ATƏT-in vasitəçiliyinə ehtiyac qalmadığını bildirib.

Praqada dördtərəfli danışıqlardan əvvəl Azərbaycan prezidenti Nikol Paşinyanın Azərbaycan və Qarabağ arasında birbaşa danışıqlar təklifinə dair müxbir sualına belə cavab vermişdi:

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır. Onlarla ünsiyyət bizim daxili işimizdir və biz bunu üçüncü bir tərəflə müzakirə etmək niyyətində deyilik”.

Azərbaycan prezidenti noyabrın 28-də habelə Filip Rikeri qəbul etmişdi.

Riker bu görüş zamanı vurğulamışdı ki, hazırda hər iki ölkə tərəfindən real, cəsarətli addımları müşahidə edir:

“Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub, sülh daha yaxşı və parlaq gələcək vəd edir”.

O vaxt AZƏRTAC bildirirdi ki, Əliyev-Riker görüşündə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.

Rikerin özü mandata ehtiyac qalmadığını demişdi

Erməni tərəfinin əsas etibarilə “Minsk qrupunun amerikalı həmsədri” kimi təqdim etdiyi Filip Rikerin özü də ötən ay bu məsələyə toxunmuşdu. O ATƏT-in Minsk qrupunun mandatı barədə demişdi:

“Məncə iş o həddə çatıb ki, biz bu mandata konsensusla son qoya bilərik”.

Eyni fikirləri dekabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov da səsləndirib. O ATƏT-in Minsk qrupunun faktiki olaraq mövcud olmadığını deyib.

Qarabağın statusu məsələsinə gəlincə isə Lavrov bildirib ki, Almatı bəyannaməsini və Praqada keçirilən dördtərəfli razılaşmanın müddəalarını qəbul etməklə Ermənistan tərəfi Qarabağın Azərbaycanın tərkib hissəsi olması faktını “qeyd-şərtsiz” qəbul edib.

Azərbaycan da hazırda ATƏT-in Minsk qrupunun vasitəçiliyinin əleyhinədir. Amma Ermənistan, habelə Qarabağ separatçıları əksinə, danışıqların beynəlxalq vasitəçi ilə aparılmasını istədiklərini bəyan edib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq - Ermənistan XİN rəsmisi

    İlham Əliyev və Nikol Paşinyan arasında görüş ...

    31-05-2018, 15:34

  • 
  • Bu gün Vyanada Əliyevlə Paşinyan arasında görüş olacaq

    Bu gün Vyanada Əliyevlə Paşinyan arasında görüş ...

    29-03-2019, 11:00

  • 
  • İlham Əliyev və Nikol Paşinyan Vyanada görüşəcək – RƏSMİ

    İlham Əliyev və Nikol Paşinyan Vyanada görüşəcək ...

    27-03-2019, 13:42

  • 
  • Paşinyan və Overçuk kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edib

    Paşinyan və Overçuk kommunikasiyaların blokdan ...

    2-04-2021, 10:36

  • 
  • Azərbaycan Prezidentinin mətbuat katibi İlham Əliyev və Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib

    Azərbaycan Prezidentinin mətbuat katibi İlham ...

    12-10-2019, 18:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (461)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu