Çeçenistan müxalifətinin Telegram kanalında tanınmış dissident bloger Tumso Abduraxmanovun öldürüldüyü barədə məlumat yayılıb.
Gundemxeber.az bildirir ki, dekabrın 5-də "1ADAT" kanalı naməlum mənbələrə istinadən Abduraxmanovun güllələndiyini və onun qardaşı Məhəmmədin polisin himayəsində olduğunu bildirib.
Çeçen diasporunun tanınmış lideri Anzor Masxadov məlumatı təsdiqləyib və əlavə edib ki, Abdurxmanov bir neçə naməlum şəxs tərəfindən öldürülüb.
Nə "1ADAT", nə də Masxadov iddia edilən qətlin Abdurahmanovun yaşadığı və siyasi sığınacaq aldığı İsveçdə baş verdiyini deməyib.
İsveç polisi mediada yayılan xəbərləri və fərziyyələri təsdiqləməkdən imtina edib.
"İsveç Polis İdarəsi Kütləvi İnformasiya Vasitələrinin İsveçdə yaşayan bir şəxsin öldürülməsi ilə bağlı məlumatlarından xəbərdardır. İsveç Polis İdarəsi bu media xəbərlərini nə təsdiqləyə, nə də əlavə şərh verə bilər" - deyə, AzadlıqRadiosuna verdiyi yazılı cavabında polisin mətbuat xidmətinin əməkdaşı İrene Sokolov bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?