GUNDEMXEBER.AZ bildirir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Baxmutda ölüm-dirim mübarizəsi davam edir.
“Ukraynalılar şəhəri əldən vermirlər. Rusiya ordusunun isə əksər hərbi hissələrini həmin istiqamətdə topladığı bildirilir”, - deyə jurnalist qeyd edib.
Məlumata görə, Rusiya ordusunun son bir həftədə Ukraynaya atdığı kütləvi uzaqmənzilli raket zərbələri nəticəsində 500-ə qədər mülki ukraynalı həlak olub.
“Son bir həftədə Donetsk və Xerson istiqamətində 5 mülki azərbaycanlı da həlak olub”, - deyə o əlavə edib.
O da bildirilib ki, müharibə müddətində (yay aylarında) 2 ukraynalı zabitə öz həyətlərində sığınacaq verərək kömək edən azərbaycanlı ata və oğlunun Rusiya Ordusu tərəfindən işgəncə ilə öldürüldüyü məlum olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?