Monqolustanda 17 milyard dollara qədər pul oğurlayan məmurlar həbs edildi
Monqolustanın dövlət kömür hasilatı və ixracı ilə məşğul olan "Erdenes Tavan-Tolgoy” şirkətinin keçmiş rəhbəri Battulqın Qanhuyaq həbs edilib.
Monqolustanın ədliyyə və daxili işlər naziri Khishgeegiin Nyambaatar bildirib ki, o və daha yeddi nəfər ölkədə kütləvi etirazlara səbəb olan kömür oğurluğu hadisəsində iştirak edir. Bu gün, dekabrın 8-də nümayişlər davam edir, paytaxta rayonlardan atlılar gəlib.
Gundemxeber.az xəbər verir ki, bu barədə yerli "Montsame” agentliyi məlumat yayıb.
Agentlik xəbər verir ki, iş üzrə təqsirləndirilən şəxslərin evlərində və ofislərində axtarışlar aparılır. Saxlanılanlar arasında Qanhuyaqın qohumları və iş adamları da var. İstintaq işlərinə ölkənin hər bir bölgəsindən müstəntiqlərin cəlb olunması planlaşdırılır.
Ulan-Batorun mərkəzində etirazlar beşinci gündür ki, davam edir. TASS-ın məlumatına görə, bu gün onlara 1000-ə yaxın insan qoşulub. Sux-Batorun adını daşıyan meydana ölkənin rayonlarından atlarla gəliblər. Meydana atla girmək qadağan olunduğundan polis onlardan getmələrini xahiş edir. Atlılar hüquq-mühafizə orqanlarının nümayəndələrinə dövlət rəsmiləri ilə görüşmək və fikirlərini bildirmək istədiklərini deyiblər.
Etirazlar dekabrın 4-də məmurların Çinə saxta kömür ixracı yolu ilə 12,9 milyard dollardan 17,6 milyard dollara qədər pul oğurlaması barədə mətbuatda yayılan xəbərlər fonunda başlayıb. Dekabrın 5-də nümayişçilər Hökumət Sarayına basqın etməyə cəhd ediblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?