Belçikanın Ali Məhkəməsi İranla məhbus mübadiləsi razılığının icrasını qadağan edib.
Məhbus mübadiləsinin əleyhdarları sövdələşmənin bomba hücumu təşkilatçısının İrana qayıtmasını asanlaşdıracağından narahat idilər.
İranlı diplomat Əsədulla Assadi mühacirətdə olan iranlı müxalfətin Parisdə keçirilən toplantısını partlatmaq üçün partlayıcı təchiz etməkdə təqsirli bilinərək 20 il müddətinə həbs cəzasına məhkum edilib.
İran onun sərbəst buraxılması mübadilində fevral ayında İranda saxlanılan yardım işçisi Olivier Vandekastili sərbəst buraxacaqdı.
Belçika məhkəməsi mübadilə sövdələşməsinin yekun qəraradək ən azı üç ay müddətinə icra olunmasını təxirə salıb.
Məhkəmə qərar verib ki, Assadi Avstriyaya göndərilən diplomat adı altında müharicətdə olan iranlı müxalifətə hücumu planlaşdırıb və ona görə də Belçikada toxunulmazlığı yoxdur.
İran Belçikanın Assadinin diplomatik toxunulmazlığını tanımasını istəyir.
Bu arada isə yardım işçisi Vandekastil deyir ki, o, İrandakı həbsxanada qeyri-insani rəftarla üzləşir və bu səbəblə də aclıq aksiyasına başlayıb. Onun ailə üzvləri onun pisləşən səhhətindən narahatdırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?