BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru ölkənin cənubunda yerləşən Nikolayv şəhərinə, eləcə də ötən ay azad edilmiş cəbhə bölgəsi olan Xerson şəhərinə səfər edəcək.
"Qriffits humanitar reaksiyanın təsirini və dondurucu qış temperaturu fonunda infrastrukturun zədələnməsi nəticəsində yaranan yeni problemləri görəcək" dedi.
Təxminən 9 aylıq Rusiya işğalından sonra noyabrın 11-də rus qoşunlarından geri alınan Xersonda Qriffits sakinlərin istilik, elektrik və susuz qalması halında onlar üçün necə isti sığınacaqlar yaradıldığını görəcək, dedi.
Açıqlamada deyilir ki, 18 milyona yaxın insan - Ukrayna əhalisinin təxminən 40%-i humanitar yardıma ehtiyac duyur.
GundemXeber.Az “Reuters” agentliyindən əldə etdiyi məlumata görə qeyd edir ki, Rusiyanın infrastruktura hücumlarının dalğaları “şaxtalı qışın başlaması ilə eyni vaxtda milyonlarla insanı evlərini isitmək, təmiz su və ya elektrik enerjisi ilə təmin etmək imkanından məhrum edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?