Laçın dəhlizində azərbaycanlı ekofəalların keçirdiyi aksiyada danışıq üçün Xankəndidəki separatçı rejimin nümayəndələri də tərəf kimi iştirak etmək istəyiblər. Lakin Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilən rus sülhməramlıları separatçıların danışıq tələbini qəti şəkildə rədd ediblər. Onlar bildiriblər ki, bu, həm də azərbaycanlıların tələbidir.
Gundemxeber.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. “Aksiya iştirakçıları ilə qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan və Xankəndidə olan separatçılar (özlərini “deputat” adlandırırlar – red.) danışmaq istəyiblər. Onların istəyi rədd edilib və ümumiyyətlə aksiya istiqamətinə getməyə icazə verilməyib”, - məlumatda deyilib. Rus sülhməramlıları isə aksiyanı zorla dayandırmayacaqlarını deyiblər. “Yuxarıdan” göstəriş aldıqdan sonra nə edəcəyimizi biləcəyik”, - onlar qeyd ediblər. Xatırladaq ki, ötən gün Xankəndidə özlərini “deputat” adlandıran bir qrup terrorçu aksiya keçirilən əraziyə gəlməyə cəhd etsə də, sülhməramlılar onları buraxmamışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?