Gundemxeber.az » Dünya » ABŞ Azərbaycan və Ermənistan arasında gərginliyin aradan qaldırılması üçün səy göstərir
Bazar ertəsi Vaşinqton bildirib ki, Ermənistan və Azərbaycan arasında Laçın dəhlizində qarşıdurma ilə əlaqədar gərginliyin aradan qaldırılması üçün səy göstərir, bu barədə Turan-ın Amerikadakı müxbiri bildirib.
Turan-ın son gərginliklə bağlı ABŞ-ın hər hansı mövqeyinin olub-olmadığı və gərginliyin artması ilə əlaqədar Vaşinqtonun vəziyyətə nəzarət etmək imkanının olub-olmaması ilə bağlı sualına cavabda Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays belə deyib: “Düşünürəm ki, biz ardıcıl olaraq diqqəti bu vəziyyət, gərginliyin aradan qaldırılması zərurəti, iki ölkəni möhkəm və hərtərəfli nizamlama yoluna çıxarmaq zərurəti üzərində cəmləşdirmişik”.
Daha sonra Prays xatırladıb ki, bir müddət əvvəl ABŞ Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində Vaşinqtonda iki ölkənin XİN başçısının görüşünü təşkil edib.
“Baş müşavirimiz Fil Riker gərginliyin aradan qaldırılmasını təmin etmək üçün mümkün olan hər şeyi etmək üçün hər iki ölkənin rəsmiləri ilə fəal əməkdaşlıq edir”, deyə Prays qeyd edib.
10-12-2015, 12:39
16-09-2022, 13:58
26-11-2015, 15:55
11-12-2015, 02:48
19-08-2022, 11:44
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?