Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada son illərin ən güclü daşqınları nəticəsində 120-dən çox adam həlak olub.
Saatlarla davam edən leysan yağışlar nəticəsində şəhərin mərkəzində əsas yollar su altında qalıb və bir neçə ev uçub.
Ölənlərin çoxu sürüşməyə məruz qalan dağlıq ərazilərdə olub.
GundemXeber.Az bildirir ki, Konqo Demokratik Respublikasının hökuməti üç günlük milli matəm elan edib.
Əvvəlcə ən azı 55 olduğu təxmin edilən ölənlərin sayı çərşənbə axşamı axşam saatlarında 120-dən çox oldu.
Bütün məhəllələri palçıqlı su basıb, evlər və yollar, o cümlədən ölkənin əsas limanı olan Matadi ilə birləşdirən N1 şossesi də daxil olmaqla, çuxurlarla parçalanıb.
"Mən yatmışdım və evdə su hiss edirdim. Bu, fəlakətdir - evdəki bütün əşyalarımızı itirmişik, heç nəyi xilas etmək mümkün deyildi". Bu haqda şəhər sakini bildirib.
Baş nazir Jean-Michel Sama Lukonde hökumət nümayəndə heyətinə başçılıq edərək çərşənbə axşamı Kinşasanın bəzi hissələrinə dəymiş ziyanı qiymətləndirdi.
O, rəsmilərin hələ də daha çox cəsəd axtardığını bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?