Avropa Parlamenti 1930-cu illərdə Ukraynada Sovet lideri İosif Stalinin dövründə milyonlarla insanın aclıqdan ölməsinə səbəb olan Qolodomoru “soyqırım” elan edən qətnamə qəbul edib.
Qətnamənin mətnində deyilir ki, Aİ qanunverici orqanı “Ukraynada sovet rejiminin düşünülmüş siyasəti nəticəsində yaranmış 1932-1933-cü illərdə baş vermiş süni aclığı Qolodomoru Ukrayna xalqına qarşı soyqırım kimi tanıyır”.
Avropa İttifaqının qanunvericiləri “milyonlarla ukraynalının ölümü ilə nəticələnən bu hərəkətləri qətiyyətlə pisləyir və hələ bunu etməyən bütün ölkələri və təşkilatları nümunə götürməyə və bunu soyqırım kimi tanımağa çağırır”, - bəyanatda deyilir.
“Mövcud Rusiya rejimini öz yaşamaq məqsədi ilə tarixi yaddaşı manipulyasiya etməkdə qınamaqla yanaşı, Parlament Sovet İttifaqının əsas varisi kimi Rusiya Federasiyasını bu cinayətlərə görə üzr istəməyə çağırır”, - press-relizdə deyilir.
Ukrayna prezidenti Vladimir Zelenski tanınmağa görə Aİ qanunvericilərinə təşəkkür edib. "Mən ümid edirəm ki, Qolodomor dünyanın bütün sivil dövlətləri tərəfindən soyqırım kimi tanınacaq", - o yazıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?