Gundemxeber.az » Dünya » “Tərəflər danışıqlara sadiqdir” – Ağ Ev
Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Ermənistanla sülh müqaviləsi üzrə danışıqları müzakirə edib.
Ağ Evin Mətbuat xidməti sözügedən telefon danışığı ilə bağlı məlumat yayıb.
Bildirilir ki, Ceyk Sallivan ayrılıqda Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla telefonla danışıb.
“Tərəflər sülh sazişinə nail olmaq məqsədilə danışıqlara sadiq olduqlarını təsdiq ediblər. Ceyk Sallivan tərəfləri gələcəkdə mehriban qonşuluq münasibətlərinin təməli ola biləcək addımları nəzərdən keçirməyə çağırıb”, – deyə məlumatda qeyd olunub.
GUNDEMXEBER.AZ
18-05-2021, 10:06
16-05-2019, 14:47
28-09-2020, 12:47
24-10-2018, 20:04
21-07-2020, 12:37
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?