Çin sərhədlərini yenidən açmağa çalışır. Çünki, 8 yanvar 2023-cü ildən etibarən Çinə səyahət edənlərin artıq karantinə ehtiyacı olmayacaq. Bu, onun sıfır-COVID siyasətinin yumşaldılması istiqamətində əhəmiyyətli bir addımdır.
GundemXeber.Az Çin mətbuatına istinadən bildirir ki, Qərar 26 dekabr 2022-ci il tarixində Milli Səhiyyə Komissiyası (NHA) tərəfindən qəbul edilib.
Məlumatlara görə, NHA açıqlamasında ölkənin COVID-19 idarəetmə siyasətinin hazırkı A kateqoriyasından daha az sərt B kateqoriyasına endiriləcəyini bildirib.
Çində yeni COVID-19 qaydalarına görə sərnişinlər yalnız mənfi test nəticəsi çıxarmalıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?