2022-ci ilin sonu Böyük Britaniyada qeydə alınmış ən isti il olacaq.
Gundemxeber.az bildirir ki, bunu Böyük Britaniyanın Meteoroloji Ofisi tərəfindən çərşənbə günü dərc olunan ilkin məlumatlar sübut edir.
“2022-ci il 139 illik orta illik temperatur rekordunun qırılması ilə yanaşı, bir sıra digər mühüm hava hadisələri, o cümlədən yanvarın 1-də ilin son dərəcə isti başlaması, Dadli, Yunis və Franklin qasırğaları ilə yadda qalacaq”, - meteoroloji xidmətin bəyanatında deyilir.
Qurumun rəhbəri Mark Makkarti qeyd edib ki, dekabr ayı istisna olmaqla, cari ilin bütün ayları ölkə üzrə orta göstəricilərdən daha isti olub. Orta illik temperatur 2014-cü ilin rekordunu (9,88 dərəcə) üstələyərək 10 dərəcəyə yaxınlaşıb. 1884-cü ildən, Böyük Britaniyada orta illik temperaturlar izlənilməyə başlandığından, ən isti 10 il məhz 2003-2022-ci illər arasında olub.
Sorğu
Yeni dizaynımız necədir?