COVID-19-un təsirini itirməyə başladığı Avropada qrip və onun törəmə tənəffüs xəstəliklərinin ciddi şəkildə artması həyata mənfi təsir edir, bir çox ölkədə isə antibiotik kimi dərmanların tədarükündə çətinliklər yaşanır
Köhnə qitənin bir çox ölkələrində qrip və buna bənzər yuxarı tənəffüs yolları xəstəlikləri ilə yanaşı, “RSV” adlı tənəffüs yolu virusu böyüklərdə, xüsusilə də uşaqlarda xəstəliyin ağır keçməsinə səbəb olur.
Yüksək hərarət, qusma və oynaq ağrısı kimi simptomlara səbəb olan tənəffüs yolu xəstəlikləri ilə mübarizə üçün istifadə edilən dərmanların təchizatında bütün qitədə problemlər mövcuddur.
Yüksək xərclərə görə istehsalın Avropa xaricində olması səbəbindən Çin kimi ölkələrdə COVID-19 tədbirlərinin yaratdığı problemlər tədarük zəncirində fasilələrə gətirib çıxarıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?