Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pive ermənilərə "tərs sillə" vuraraq deyib ki, Paris beynəlxalq hüquqa uyğun olaraq Qarabağın müstəqilliyini tanımır.
Gundemxeber.az Trend-ə istinadən bildirir ki, İrəvanda keçirilən mətbuat konfransında fransalı spiker bildirib ki, Fransanın bu mövqeyi beynəlxalq normalara uyğundur. "Fransa Qarabağın müstəqilliyini tanımır və bu, tabe olduğumuz beynəlxalq hüquq normalarına uyğundur", - deyə spiker bildirib.
Üstəlik, o, bunu erməni həmkarı Alen Simonyanla birgə mətbuat konfransında İrəvanın özündə birbaşa onların üzünə bildirib.
Yael Bron-Pive vurğulayıb ki, Fransa Azərbaycan və Ermənistan arasında sülh dialoqunun bərpasına ümid edir.
"Bu gün biz hesab edirik ki, ən vacibi sülh yolu ilə nizamlanma və sülh dialoqunun bərpasıdır. Bütün səylərimiz buna yönəlib. Bu gün biz hesab edirik ki, sülh yolu ilə nizamlanmadan başqa vasitələrə əl atmaq yersizdir, çünki sülh yolu ilə nizamlanma və dialoq tükənməyib. Bizim enerjimiz 100% bu nizamlanmaya yönəlib", - deyə spiker qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?