Yanvarın 24-də İnzibati Həbs Olunanların Saxlanma Mərkəzində həbsdə olan Anar Həsənovla görüş zamanı vəkil Nemət Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, Tofiq Yaqubluya dəstək üçün aclıq aksiyasında iştirak edən Rövşən Səfərovun 30 sutka həbs cəza aldığını öyrənib.
Vəkilin sözlərinə görə, onun nə zaman və hansı ittihamla həbs edilməsi məlum deyil.
Yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Anar Hüseynov (Anar Ərkivan) saxlanılıb və Səbail rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Şəhidlər Xiyabanının ziyarəti zamanı Müsəlman Birliyi Hərəkatının 6 üzvünün də saxlanıldığı bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Sorğu
Yeni dizaynımız necədir?