Amerika Birləşmiş Ştatları özünün “Abrams M1” döyüş tanklarını Ukraynaya təhvil verəcək.
Gundemxeber.az bildirir ki, bunu ABŞ prezidenti Co Bayden bəyan edib.
“Biz Ukraynaya öz ərazisini müdafiə etmək və əks-hücuma keçməkdə kömək etmək niyyətindəyik. Ölkəni azad etmək üçün onlar öz müdafiə imkanlarını artırmalıdırlar. Bu gün biz Ukraynaya 500-dən çox zirehli texnika, o cümlədən 31 ədəd “Abrams” tankı ayırırıq”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, “Abrams M1” 1980-ci ildən bəri seriyalı istehsalda olan əsas Amerika döyüş tankıdır. O, ABŞ Ordusu və Dəniz Piyadaları Korpusu, həmçinin Misir, Avstraliya, Mərakeş və bir sıra Yaxın Şərq dövlətlərinin silahlı qüvvələrinin xidmətdədir.
Sorğu
Yeni dizaynımız necədir?