GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İkinci düşmən: Ukrayna korrupsiyaya savaş açıb

İkinci düşmən: Ukrayna korrupsiyaya savaş açıb

Tarix: 30-01-2023, 23:44 Bölmə :Dünya Baxış: 791

Ukrayna hökumətində fövqəladə kadr dəyişiklikləri baş verir. Bu xəbər hazırlananda korrupsiya ittihamı ilə vəzifədən gedən və ya işdən çıxarılan məmurların sayı 11-ə çatmışdı. Prezident Zelenski xalqın etimadını bərpa etməyə çalışır, amma ittihamlar çox ciddi, dövr çox pisdir.

Müttəfiqlərindən milyardlarla dollarlıq hərbi, humanitar və maliyyə yardımı alan Ukraynada korrupsiya iddiaları bu dəstəyi risk altında qoyurİş o yerə çatıb ki, bəzi amerikalı siyasətçilər Ukraynaya yardımı məhdudlaşdırmağa çağırıblar.

“Ukrainska Pravda” saytının araşdırmaçı jurnalisti Mykhaylo Tkach-ın  iddiasına görə, yüksək rütbəli bir məmurun şəxsi məşqçisi Rusiyanın Ukraynaya hücumundan bu yana milyonlarla funt sterlinq alıb.

Tkach Zelenskinin köməkçilərindən biri haqqında da yazıb.

Tanınmış podratçının Prezident ofisinin müdir müavini Kirilo Timoşenkonun ailəsini bir mülkə köçürməsi xəbərindən iki ay sonra o istefa verib.

Jurnalistin yaydığı video materiallarda Timoşenkonun bir neçə ay ərzində “Porsche” markalı avtomobil sürdüyü görünür.

Timoşenko isə yanlış bir hərəkət etmədiyini iddia edib.

“Deputatlar və məmurlar pullarının mənbəyini açıqlamaq istəməyəndə dəbdəbəli sərvətlərini öz qohumlarının adına keçirirlər”, – Tkach belə deyir.

Ukrayna, Rusiya, müharibə, korrupsiya, maliyyə, dollar
Ukraynanın milyardlarla dollar yardım alması fonunda jurnalist Mykhaylo Tkach korrupsiya ittihamlarını araşdırır
Ukraynanın milyardlarla dollar yardım alması nəzarət məsələsini gündəmə gətirir

“Bunlar göstərir ki, cəmiyyətin məmurların hər addımından  xəbərdar olması lazım gələn dövrdə şəffaflıq yoxdur”.

Jurnalist korrupsiyanın bir çox başqa ölkələrdə də olduğunu qəbul edir. Buna görə də hesab edir ki, ən vacib şey baş verənlərə etiraz etməkdir.

Ötən həftə Ukraynanın infrastruktur nazirinin müavini Vasil Lozinski vəzifədə olduğu müddətdə büdcədən 400 min dollara yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.

Müdafiə naziri Aleksiy Reznikova qarşı isə rəhbərlik etdiyi qurum üçün ərzaq tədarükü tenderinin qiymətini şişirtmək iddiası üzrə istintaq başladılıb.

“Söhbət Ukraynanın yaşamaq uğrunda mübarizəsindən gedir. Bu, ölkəmiz üçün adi bir il deyil. Ona görə də prezidentin təşəbbüsü ilə baş verən bu istefa dalğasını mühüm və zəruri addım hesab edirəm”, – Tkach bildirib.

Ukrayna, korrupsiya, dollar, maliyyə
İvana illərdir vəzifədə olan siyasətçilərin yerinə yenilərinin gətirilməli olduğunu düşünür.

Ukrayna 31 il əvvəl müstəqilliyini elan edəndən bəri korrupsiya dövlət xidmətlərini və ən çox da siyasəti sarsıdıb.

Xalqın demokratik rejimdə yaşamaq istəyi o qədər böyük vüsət alıb ki, sonuncu Moskvayönlü hökumət 2014-cü ildə xalq üsyanı ilə hakimiyyətdən kənarlaşdırılıb.

O vaxtdan bəri Ukrayna bir sıra islahatlara cəhd edib, buna Rusiyanın ölkəyə hücumları da təkan verib. Qərbin davamlı dəstəyini təmin etmək üçün dəyişiklik vacib hesab olunub.

Bu prosesdə korrupsiya ilə mübarizə aparan yeni institutlar, dövlət xərcləri üçün yeni sistemlər və yeni polis strukturu yaradılıb və siyasətçiləri tez-tez öz heyrətamiz sərvətlərini açıqlamağa məcbur ediblər.

Ukrayna Parlamentinin Korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Yaroslav Yurçişin deyir ki, “Biz nəticə istəyirdik. Bəli, keçmişdəki korrupsiyanın qalıqları var, amma ən azı indi bunu sükutla qarşılamırıq. Növbəti addım onların qarşısını almaq olacaq”.

Ukrayna, Rusiya, müharibə, maliyyə, dollar, korrupsiya

Yurçişinin fikrincə, nazirlərin Qərb yardımlarını riskə atan  səhvlərini ifşa etmək üçün bundan yaxşı vaxt ola bilməz:

“Qərb tərəfdaşları başa düşürlər ki, bizim iki savaşımız var. Birincisi Rusiyaya qarşı, ikincisi isə Ukraynanın gələcəyi naminə daxili savaşımızdır”.

Rusiyanın Ukraynaya 2022-ci ilin fevral ayında başlamış təcavüzündən əvvəl Avropa İttifaqı və ABŞ Kiyevin korrupsiyaya qarşı mübarizə tempindən narazı idilər.

Hələ ki yeni iddiaların Zelenskinin siyasi taleyinə necə təsir edəcəyi məlum deyil. Amma artıq ABŞ antikorrupsiya qərarlarını “sürətli və qətiyyətli” adlandırıb.

Zelenski digər müttəfiqlərin də bu mövqedə olacağına ümid edir.

Materialın hazırlanmasında Hanna Chornous və Siobhan Leahy də iştirak ediblər.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukrayna iqtisadi böhran qarşısındadır

    Ukrayna iqtisadi böhran qarşısındadır ...

    18-03-2020, 20:23

  • 
  • Ukraynada korrupsiya əleyhdarları Manaforta hökmü alqışlayıb

    Ukraynada korrupsiya əleyhdarları Manaforta hökmü ...

    23-08-2018, 19:31

  • 
  • Səfir Sondland: Tramp Ukraynaya yardımı təhqiqatla şərtləndirib

    Səfir Sondland: Tramp Ukraynaya yardımı ...

    21-11-2019, 11:28

  • 
  • Zelenski İlham Əliyevi Ukraynaya rəsmi səfərə dəvət edib

    Zelenski İlham Əliyevi Ukraynaya rəsmi səfərə ...

    23-12-2020, 17:18

  • 
  • Ukrayna Prezident Ofisinin rəhbərinin müavini istefa verib, Zelenski təsdiqləyib - Yenilənib

    Ukrayna Prezident Ofisinin rəhbərinin müavini ...

    24-01-2023, 10:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu