GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin: “80 ildən sonra yenidən alman tankları ilə üz-üzəyik”

Putin: “80 ildən sonra yenidən alman tankları ilə üz-üzəyik”

Tarix: 3-02-2023, 17:44 Bölmə :Dünya Baxış: 199

Rusiya Prezidenti Vladimir Putin Stalinqrad döyüşünün başa çatmasının 80-ci ildönümü ilə bağlı çıxışında Ukrayna müharibəsini Sovet İttifaqının nasist Almaniyasına qarşı müharibəsi ilə müqayisə edib.

Gundemxeber.az xəbər verir ki, Almaniyanın Ukraynaya Leopard tankları göndərmə qərarını vurğulayan Putin, “İnanılmazdır, amma doğrudur. Bizi yenə Alman Leopard tankları təhdid edir” deyibAlmaniya Ukraynaya öz ərazisini müdafiə etməyə kömək edən bir çox ölkələrdən biridir.

Təxminən bir il əvvəl Rusiya ordusu Ukrayna ərazisinə daxil olduqdan sonra Qərb ölkələri Kiyev hökumətinə silah və yardım göndərməyə başlayıb.

Putin əvvəllər Stalinqrad olan, indi Volqoqrad adlanan şəhərdə çıxış edərkən deyib ki, “Rusiyanı döyüş meydanında məğlub etməyə ümid edənlər sanki başa düşmürlər ki, onlar üçün Rusiya ilə müasir müharibə başqa cür ola bilərdi”.

O əlavə edib ki, “Biz onların sərhədlərinə tanklarımızı göndərmirik, lakin cavab vermək üçün imkanlarımız var və bu, təkcə silah və ya silahlı texnika deyil. Bunu hamı başa düşməlidir”.

Kremlin sözçüsü Dmitri Peskov da mətbuata bildirib ki, “Qərbdən yeni maşınlar gəlməyə davam etdikcə, Rusiya cavab vermək potensialını daha çox qiymətləndirəcək”.

İkinci Dünya Müharibəsinin ən qanlı döyüşü olan Stalinqradda 91 min alman əsgəri təslim olmaq məcburiyyətində qaldıqda, müharibənin gedişatı dəyişdi.

Putin iddia edir ki, Ukraynada müharibə başlayandan bəri millətçilərə və nasistlərə qarşı mübarizə gedir.

“İndi təəssüf ki, nasist ideologiyası öz müasir qiyafəsində, müasir görkəmində yenidən ölkəmizin təhlükəsizliyinə birbaşa təhdid yaradır. Yenə də biz Qərbin kollektiv hücumunu dəf etmək məcburiyyətindəyik”, – deyə Putin bildirib.

O deyib ki, Rusiyanın yenidən alman tankları ilə təhdid edilməsi “inanılmazdır, lakin həqiqətdir”. Putinin sözlərinə görə, Moskvanın onu təhdid edən hər bir ölkəyə cavabı var.

Volqoqradın adı dəyişdirilərək birgünlük Stalinqrad olub və bu həftənin əvvəlində orada keçmiş Sovet lideri İosif Stalinin büstü tapılıb.

1924-cü ildən 1953-cü ildə vəfatına qədər Sovet İttifaqının lideri olan Stalin 1932-33-cü illərdə Ukraynada aclığa səbəb olmaqda ittiham olunurdu.

Ukraynalılar tərəfindən Qolodomor adlandırılan aclıqda bu müddət ərzində təxminən 5 milyon insan ölüb və bu həftənin əvvəlində Bolqarıstan hadisəni soyqırım kimi tanıyıb.

Putin, həmçinin o vaxtkı Stalinqrad şəhərinin müdafiəsinə rəhbərlik edən Sovet marşalının məzarı üzərinə gül dəstələri qoyub, abidəni ziyarət edib. Burada o, müharibədə həlak olan əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Bu arada minlərlə volqoqradlı hərbi paradı izləmək üçün şəhər küçələrində növbəyə durub.

Təyyarələrin nümayişi zamanı müasir və İkinci Dünya Müharibəsi tankları şəhərin mərkəzinə gətirilib. Bəzi müasir nəqliyyat vasitələrinin üzərinə Ukrayna müharibəsinin simvoluna çevrilən Z hərfi həkk olunub.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Qərbin Ukraynaya yardımı müqabilində “qisas almağa” hazırlaşır:

“Rusiya hazırda qüvvələr toplayır. Biz bunu hamımız bilirik. Bu, təkcə Ukraynaya qarşı deyil, azad Avropa və azad dünyaya qarşı revanş hazırlığıdır”.

Çıxış zamanı Zelenskinin yanında olan Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib ki, Avropa İttifaqı liderləri Rusiya iqtisadiyyatına əlavə sanksiyalar tətbiq etməlidir.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müharibə başladı: Rus tankları Ukraynaya girdi

    Müharibə başladı: Rus tankları Ukraynaya girdi ...

    23-11-2014, 01:00

  • 
  • ABŞ tankları Rusiya sərhəddində

    ABŞ tankları Rusiya sərhəddində ...

    20-02-2016, 11:50

  • 
  • Polşa Ukraynaya "Leopard" tankları göndərməyə hazırdır

    Polşa Ukraynaya "Leopard" tankları ...

    12-01-2023, 15:01

  • 
  • Putin Zelenski ilə danışıqlar üçün öz şərtlərini açıqlayıb

    Putin Zelenski ilə danışıqlar üçün öz şərtlərini ...

    4-07-2019, 10:30

  • 
  • Rusiya tankları Ermənistanda təlimə başladı

    Rusiya tankları Ermənistanda təlimə başladı ...

    24-02-2016, 15:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu