Gundemxeber.az » Dünya » Paşinyan: “Ermənistan yolu açmağa hazırdır, dəhlizi yox”
Ermənistan regionda kommunikasiyaların açılmasında hamıdan çox maraqlıdır. Azərbaycan və Türkiyənin bu yollara Ermənistan qədər ehtiyacı yoxdur, ona görə də onlar “bu yolların açılmasının qiymətini şişirtməyə çalışırlar”. Bu barədə çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən bildiribOnun sözlərinə görə, Ermənistanın Rusiya ilə yalnız bir quru əlaqəsi var – Yuxarı Lars, o da aradan qaldırılması mümkün olmayan problemlərlə. “Ona görə də regionda kommunikasiyaların açılması, əsasən Ermənistan-Azərbaycan dəmir və avtomobil yollarının açılması bizim Avrasiya İqtisadi Birliyi ilə, təkcə onunla da yox, əmtəə dövriyyəmizi əhəmiyyətli dərəcədə artıracaq,”, – Paşinyan deyib.
“Biz daha çox maraqlıyıq, çünki 30 ildir blokadadayıq, heç birinin – nə Azərbaycanın, nə də Türkiyənin bu yollara Ermənistan qədər ehtiyacı yoxdur”.
O, Zəngəzur dəhlizini nəzərdə tutaraq deyib ki, Türkiyə və Azərbaycan Ermənistanı “9 noyabr tarixli üçtərəfli bəyanatda yazılmayanları reallaşdırmağa” məcbur etmək istəyirlər.
Paşinyan bir daha təkrarlayıb ki, “Ermənistan qanunvericiliyi çərçivəsində” yolu açmağa hazırdır, lap elə sabahdan.
Gudnemxeber.az
7-01-2021, 19:20
2-04-2021, 10:36
7-12-2020, 14:17
2-07-2018, 09:14
20-07-2018, 15:37
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?