Gundemxeber.az » Dünya » Türkiyədə daha bir güclü zəlzələ: Bu dəfə ölkənin şərqində
Türkiyənin Muş şəhərinin Bulanık rayonunda 5.4 maqnitudalı zəlzələ olub
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı Bulanıkdan 33 km cənub-qərbdə olub. Zəlzələnin episentri 60 km dərinlikdə olub.
Təbiət hadisəsi Bakı vaxtı ilə 00:05-də qeydə alınıb.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar nəticəsində 9 057 nəfər ölüb, 52 979 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 şəhərində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
GUNDEMXEBER.AZ
10-04-2020, 13:58
3-01-2021, 09:30
6-06-2018, 13:08
25-05-2014, 13:05
3-04-2018, 18:42
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?