Avropa İttifaqı liderləri Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın işğalına qarşı mübarizə üçün daha çox silah tələb istəməsi və müharibədən əziyyət çəkən ölkəsinin Avropa İttifaqına üzvlüyü üçün danışıqlara başlaması ilə bağlı çıxışını alqışlarla qarşılayıb.
Brüsseldə Avropa Parlamentində çıxış edən Zelenski ölkəsinə davamlı yardıma görə Avropa İttifaqı liderlərinə təşəkkür edib və Ukraynanın müharibədən qalib çıxacağını və ittifaqın bir hissəsi olacağını bildirib.
Avropa Parlamentinin rəhbəri Roberta Metsola Zelenskinin daha çox dəstək çağırışını alqışladığını bildirib. "Biz sizin xalqınızın Avropa üçün göstərdiyi fədakarlığı bilirik və bunu təkcə sözlə deyil, əməlimizlə də şərəfləndirməliyik. Azadlığı qorumaq üçün lazım olan təyyarələrin verilməsi çoxları tərəfindən müsbət qarşılanıb" deyib Metsola.
Metsola Avropa İttifaqına üzv dövlətləri tədbir görməyə çağırıb.
"Siz qalib gəlməlisiniz və indi [Aİ] üzv dövlətlər azadlığınızı qorumaq üçün sizə lazım olan uzunmənzilli sistemlər və reaktiv təyyarələrlə təmin etmək məsələsini növbəti addım kimi tez bir zamanda həll etməlidir" - deyə, o bildirib.
Zelenski deyib ki, müttəfiqlərin dəstəyi ilə ukraynalılar "özünü müasir dünyanın ən böyük anti-Avropa qüvvəsinə qarşı müdafiə edir".
Aİ-nin xarici siyasət rəhbəri Cosep Borrell də cümə axşamı Avropa İttifaqının Ukraynaya daha çox hərbi yardım göndərməyi planlaşdırdığını təsdiqləyib.
Cümə axşamı Avropa İttifaqı Parlamentində çıxış etmək üçün sammitə gedərkən Zelenskini fransalı həmkarı prezident Emmanuel Makron müşayiət edib.
Təhlükəsizlik baxımından mümkün olarsa, Zelenski tankların, reaktiv təyyarələr və raketlərin təmin edilməsi üçün 27 ölkənin üzv olduğu zirvə toplantısında çıxış edəcək.
Sorğu
Yeni dizaynımız necədir?