Türkiyə Vəkillər Kollegiyaları Birliyi dağılan binalara görə məsuliyyət daşıyanların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir: “Qəsdən adam öldürmə” maddəsiylə mühakimə olunsunlar.
Türkiyə Vəkillər Kollegiyaları Birliyi (Türkiyə Barolar Birliyi - TBB) zəlzələ nəticəsində dağılmış binaların tikintisində iştirak etmiş məsul və cavabdeh məsul podratçılar haqqında, həmçinin bu binaların layihələrini təsdiqləyən və ya yoxlamayan şəxslər barəsində cinayət işi açılmasını tələb edib.
Qurum məsul və cavabdeh podratçılar, binaların layihələrini təsdiq edən və yoxlamaları lazımi səviyyədə yerinə yetirməyən vəzifəli şəxslər başda olmaqla, bütün şübhəlilərin müəyyən edilməsi və onlara qarşı mülki qaydada cinayət işi başladılması üçün müraciət etdiyini açıqlayıb.
TBB məsul şəxslərin Türkiyə Cəza Məcəlləsinin 81-ci (qəsdən adam öldürmə) və 83-cü (ehtiyatsızlıqdan qaynaqlanan qəsdən adam öldürmə) maddələriylə mühakimə olunmasını tələb edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?