Cənubi Koreya Prezidenti Yun Suk Yol hökumətə şiddətli zəlzələdən zərər çəkən Türkiyəyə mümkün qədər çox dəstək vermək üçün bütün mövcud resursları səfərbər etmək təlimatı verib.
Gundemxeber.az xəbər verir ki, prezidentin sözçüsü Li Do Vun Yolun qardaş xalq və qan müttəfiqi olan Türkiyəyə maksimum dəstək əmri verdiyini bildirib.
“Türkiyənin hazırda ən çox ehtiyac duyduğu şeylər çadır, dərman, tibbi ləvazimat və elektrik avadanlıqlarıdır. Hər bir nazirliyə, o cümlədən xarici işlər, müdafiə və sənaye nazirliklərinə bütün mövcud resursları səfərbər və mümkün qədər çox yardım təchiz etmək təlimatı verilib”, - sözçü deyib.
Təkcə təcili yardım deyil, həm də yenidənqurma dəstəyi üçün hərəkətə keçməyə çağırış edən Yun Suk Yol Cənubi Koreya Baş naziri Xan Dak-su ilə keçirdiyi başqa bir görüşdə qardaş xalq olaraq xarakterizə etdiyi Türkiyəyə maksimum dəstək verilməsinin vacibliyini vurğulayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?