Gundemxeber.az » Dünya » Qriqoryan: “Ermənistan Bakı və Qarabağ arasında danışıqlara dair beynəlxalq mexanizmin yaranmasını istəyir”
Ermənistan Qarabağ və Bakı arasında danışıqların beynəlxalq-görünən mexanizm çərçivəsində aparılmasına tərəfdardır və bu mexanizm hazırda Ermənistan və Azərbaycan tərəflərinin üzərində işlədikləri sülh müqaviləsində qeyd oluna bilər. Gundemxeber.az bildirir ki, bu barədə fevralın 14-də Yerevanda keçirilən brifinqdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib
“Ermənistan Stepanakertlə Bakı arasında danışıqların beynəlxalq- görünən mexanizm çərçivəsində aparılmasına tərəfdardır. Ermənistan bu mexanizmin işləməsi üçün öz beynəlxalq tərəfdaşları ilə işi davam etdirir. Bu mexanizm sülh müqaviləsində nəzərdən keçirilə bilər ki, danışıqlar buna əsasən aparılır. Bu, digər beynəlxalq strukturlar və ya başqa bir format ola bilər. Hələlik konkret deyil, bu müzakirə mövzusudur, aydın olması üçün müzakirəni davam etdirməliyik”, – Qriqoryan deyib.
Ermənistanın yanaşması əvvəlkitək ondan ibarətdir ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyilə bağlı danışıqların aparılması üçün beynəlxalq səviyyədə görünən danışıqlar mexanizmi yaradılmalıdır.
Erməni tərəfi təklif etdiyi sülh müqaviləsinin mətninə cavab alıb. Hazırda erməni tərəfi bunun üzərində işləyir. Təhlükəsizlik Şurasının katibi hesab edir ki, mətn ən qısa zamanda hazır olacaq və erməni tərəfi onu Azərbaycana verəcək. Lakin Qriqoryan bunun necə olacağını deyə bilməyib.
Qriqoryan “müzakirə olunan və yayılan mətndə Qarabağın adı çəkilirmi” sualına müsbət cavab verib. Lakin Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bu sənədin hələ yekun sənəd olmadığını nəzərə almaq vacibdir, danışıqlar aparılır.
Qriqoryan Moskvanın Qərbin bölgədə öz iştirakını erməni tərəfə qəbul etdirməsilə bağlı Moskvanın tənqidini qəbul etməyib. Avropa İttifaqı missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi erməni tərəfinin qərarı idi. Onun sözlərinə görə, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında “Azərbaycanın təcavüzü” zamanı Kollektiv Müqavilə Təşkilatı zəmanətləri işə yaramadı. “Ermənistabu təcrübəni nəzərə alaraq, müəyyən təhlükəsizlik zəmanətlərinin yaradılması üçün Avropa İttifaqının mülki missiyasını dəvət edib”, – Qriqoryan deyib.
Gundemxeber.az
16-07-2018, 15:00
26-12-2018, 12:20
28-09-2020, 13:54
25-12-2017, 22:40
14-07-2020, 18:30
Sorğu
Yeni dizaynımız necədir?