Əfqanıstanın hakim İslamçı Taliban hökumətinin baş diplomatı Rusiyanın İslam Dövlətinin minlərlə militantının Əfqanıstanın şimalına toplaşdığı və Mərkəzi Asiya regionunda sabitliyini təhdid etdiyi barədə iddialarını əsassız adlandırıb.
"Necə olur ki, minlərlə insan bir yerdə cəmləşib və hələ də onları heç kim görmür və ya fərqinə varmır?" - deyə, Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi çərşənbə günü Kabildə Sovet qoşunlarının ölkədən çıxarılmasının 34-cü ildönümü münasibətilə keçirilən mərasimdə etdiyi çıxışında bildirib.
Talibanın reaksiyası Rusiya ordusunun yüksək rütbəli generalının "ekstremist qrupların" Əfqanıstanda "möhkəmləndiyini" və regionda sabitliyə "ən böyük təhlükə"yə çevrildiyini deməsindən bir gün sonraya təsadüf edir.
Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov "Əl-Qaidə" və Əfqanıstanın "İD-K" kimi tanınan qolu "İslam Dövləti Xorasan"ı "ən təhlükəli" qruplaşmalar adlandırıb.
"İslam Dövləti"nin Əfqanıstan qolu olan "Vilayət Xorasan" (IS-K) üzvlərinin sayı əhəmiyyətli dərəcədə artaraq, təxminən 6500-ə çatıb və 4000-ə qədər militant Tacikistanın cənub sərhədi boyunca [Əfqanıstanın] Bədəxşan, Kunduz və Taxar vilayətlərində cəmləşib” - deyə, Rusiyanın rəsmi dövlər mediası Sidorova istinadən bildirib.
Rusiyanın iddiaları Talibanın xüsusi təyinatlılarının Əfqanıstanın paytaxtında "İD-K"nin sığınacağına basqın edərək, üç yaraqlını öldürdüyü, birini isə əsir götürdüyü gün səslənib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?