Gundemxeber.az » Dünya » KİV: “İranlı terrorçunun arxasında bu dövlətin siyasi dairələri dayanır”
İranda baş verən son hadisələrin - Azərbaycanın Tehrandakı səfirliyinə qanlı hücumun və burada törədilmiş terror aktının, nəticədə diplomatik missiyanın bir əməkdaşının həlak olmasının və ikisinin yaralanmasının arxasında İran hakimiyyət nümayəndələrinin dayanması ehtimalı yüksəkdir.
Bu qənaətə Fransanın “Reseau International” nəşrində dərc olunmuş məqalənin müəllifləri gəliblər.
Materialda bu il yanvarın 27-də İran paytaxtında baş vermiş hadisələr ətraflı təsvir edilib.
“Terrorçunun terror aktı törətmək üçün İranda istirahət günü hesab edilən cümə gününü seçməsi, üzərində avtomat və dolu sandıqçalar, “Molotov kokteyli”, zərbə üçün ağır küt əşya olması, həmçinin İran polisinin məsələyə müdaxilə etməməsi hücumun əvvəlcədən planlaşdırıldığı qənaətinə gəlməyə imkan verir”, - məqalədə deyilir.
Həmçinin Hudzon İnstitutunun böyük elmi işçisi Maykl Doranın aşağıdakı sitatı yer alıb: “Bir qayda olaraq, İranda rejim istəmədikcə səfirliklərə hücumlar baş vermir”.
Yazıda vurğulanır ki, bu, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə ilk hücum deyil. Buna misal kimi İranyönümlü təşkilat nümayəndələrinin daha əvvəl Azərbaycanın Londondakı səfirliyinə hücumu göstərilir.
Gundemxeber.az
17-09-2019, 11:07
28-01-2023, 18:34
8-01-2016, 18:51
11-06-2017, 12:21
22-09-2018, 21:41
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?