Gundemxeber.az » Dünya » Zelenski Putinin hədəflərindən danışıb
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynaya qarşı genişmiqyaslı işğalın başlamasından bir il keçsə də, Rusiya prezidenti Vladimir Putinin hələ də Kiyevi işğal etmək fikrindən daşınmayıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində deyib.
“Mən düşünürəm ki, prezident Putin hələ də Kiyevi işğal etmək istəyir. Amma onların ideyaları, missiyası və ümidləri bütün Ukraynanı əhatə edir. Müstəqilliyimizi, suverenliyimizi itirməyimiz istəyir. Ona görə də, düşünürəm ki, hamı başa düşür: əgər paytaxtı zəbt edə bilmirsənsə, Kiyevi tuta bilmirsənsə, Ukraynanı da işğal edə bilməzsən”, – deyə Zelenski Kiyevin hələ də təhlükə altında olub-olmadığı sualına cavab verib.
Gundemxeber.az
4-07-2019, 10:30
12-10-2020, 12:48
29-04-2019, 15:19
21-04-2021, 09:55
18-09-2014, 16:25
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?