Gundemxeber.az » Dünya » “”Pənçə-Kilit” əməliyyatında indiyədək 523 terrorçu məhv edilib” – Hulusi Akar
“”Pənçə-Kilit” əməliyyatında indiyədək 523 terrorçu məhv edilib”.
Gundemxeber.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar deyib.
Onun sözlərinə görə, bu ilin yanvar ayından bəri isə 261 terrorçu zərərsizləşdirilib: “Terrorçuların sığınacaqlarını məhv edirik və buna davam edəcəyik. İraqla sərhəddəki 302 kilometrlik sahənin xeyli hissəsi terrorçulardan təmizlənib. Həmin ərazi nəzarətimizdədir”.
H.Akar vurğulayıb ki, ölkədə baş verən zəlzələlələrin fəsadlarının aradan qaldırılması üçün fədəkarlıqla çalışan hərbçilər sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahəsindəki işləri də eyni qətiyyətlə davam etdirirlər.
Qeyd edək ki, “Pənçə-Kilit” Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında terrorçulara qarşı keçirdiyi əməliyyatdır.
Gundemxeber.az
26-10-2018, 11:00
27-09-2020, 15:06
29-01-2018, 14:27
15-10-2019, 11:06
20-11-2018, 15:11
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?