GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Oğlu cinsini dəyişdi, səsi batdı, övladı yasına gəlmədi - Həyat yoldaşı ondan niyə ayrıldı?

Oğlu cinsini dəyişdi, səsi batdı, övladı yasına gəlmədi - Həyat yoldaşı ondan niyə ayrıldı?

Tarix: 27-02-2023, 18:09 Bölmə :Dünya Baxış: 188


Ailəsi ilə şeirə görə boşanıb...

Gundemxeber.az kulis.az-a istinadla Yetim Eyvaz təxəllüsü ilə tanınan şair Eyvaz Qurbanov haqqında maraqlı faktları təqdim edir.

Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə doğulub. Bütün mənbələrdə onun Siyəzəndə doğulduğu deyilsə də, 2012-ci ildə verdiyi müsahibədə o, indiki Şabran, keçmiş Dəvəçi rayonunda anadan olduğunu deyib.

Onun 40 yaşının tamam olduğu gün Xocalı faciəsi baş verib və Eyvazın 40 yaşından sonrakı bütün doğum günləri faciəyə təsadüf etdiyindən həmin günü bayram etməyib.

Eyvaz Qurbanov, həmçinin Xocalıda şəhid olan Əlif Hacıyevin hərbi xidmət yoldaşı olub.

O, 1958-ci ildə Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbin ilk sinfinə daxil olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Uzun illər toylarda müğənnilik fəaliyyəti ilə məşğul olub. Əməliyyat olunduqdan sonra səsi batıb. Ardınca 21 il avtobus sürücüsü işləyib. 14 yaşından şeir yazmağa başlayan Eyvaz Yetim təxəllüsünü sürücü işlədiyi zamanlarda qazanıb. Özü barədə tez-tez “yetim uşağam” deyən Eyvaz qarajdakı digər sürücülər tərəfindən yetim adlandırılıb.

O, dostu Şirəlinin telefonunda Azərbaycana yayılan “Yaz yağışı” şeiri ilə məşhurlaşıb.

Yetim Eyvaz özünə heç vaxt şair deməyib. Və şair adlandırılmağını da qəbul etməyib. O, müsahibəsində deyib ki, Füzuli olan yerdə mənim özümə şair deməyim ayıbdır.

2500-dən çox şeir və qəzəli var. Təəssüf ki, həmin şeirlərin böyük hissəsi itib. Çünki Eyvaz özü sinədəftər olduğundan həmin şeirlərin qeydinə qalmayıb. Bu gün sosial şəbəkələrdə şairin öz dilindən səslənən şeirlərdən savayı, demək olar ki, heç bir mətni yoxdur.

Onun “Yaz yağışı” adlı kitabı nəşr olunsa da, hazırda həmin kitab da mənbə kimi qalmayıb.

Çoxu onu savadsız adam hesab etsə də, Yetim Eyvaz Qərb ədəbiyyatından Hüqo, Bayron, Şekspir və başqalarının əsərlərini, eyni zamanda Şərq klassikasını mütaliə edib.

Bir dəfə qışda pivə içdiyinə görə bir restoranda lağa qoyulub. Onunla məzələnən oğlanla çölə çıxıblar. Həmin şəxs restoranın sahibin qardaşı olub. Eyvaz həmin oğlanı müdafiə edənləri ağır sözlərlə təhqir edib. Onu döymək istədikləri an biri soruşub ki, bəs sən nəsən? Eyvaz da deyib ki, “mən Yetim Eyvazam”. Bu sözdən sonra hamı ondan üzr istəyib.

Özü müsahibəsində deyib ki, ailəsi ilə şeirə görə boşanıb. Övladlarını evləndirdikdən sonra həyat yoldaşı ilə şeir üstündə mübahisə edib. Yoldaşı ondan şeirlərindəki qadının kim olduğunu soruşub. Dəfələrlə təkrarlanan bu hadisədən sonra Eyvaz evdən birdəfəlik gedib.

2016-cı ildə əməliyyat olunub. Həkim ona spirtli içkini qadağan etsə də, Eyvaz bunu qəbul etməyib:

“Mən hamıya demişəm, az-az içəsən gərək. İndi necə deyim ki, pəhrizdəyəm. Allahın verdiyi ömür nədirsə, onu da yaşayacağam”.

Yetim Eyvaz bu sözlərdən bir neçə ay sonra, 2017-ci ilin 23 iyulunda trombdan vəfat edib.

Eyvaz Qurbanovun 2 qızı və 2 oğlu qalıb. Yetim Eyvazın ayrıldığı həyat yoldaşında qalan övladlarından biri Aqşinin 2018-ci ildə cinsini dəyişməsi ilə bağlı xəbərlər yayılıb. Mətbuatın yazdığına görə, Aqşin də müğənnilik fəaliyyəti ilə məşğul olub. Hətta səs müsabiqəsinə qatılan Aqşinin cinsini Türkiyədə dəyişib orada hansı adı daşıdığı bilinmir.

Mətbuat onu da yazıb ki, Aqşin heç atasının yasında, dəfnində də iştirak etməyib.

Eyvaz Qurbanovun oğlu Aqşin Qurbanov sərt və aşağılayıcı sözlərlə onu “gey” olmaqda ittiham edənlərin cavabını verərək anasının onları əziyyətlə böyütdüyünü bildirib:

“Anam çörək, xlor satıb bizi dolandırıb. Mən özümü tanıyandan atam narkotik, içki aludəçisi olub. Evimizdəki soyuducumuz, çarpayımız, əşyalarımız borclara gedirdi. Hər gün evdə gözyaşı görürdüm. Anam hər gün ağlayırdı. Mən ondan atalıq görməmişəm. O qədər yazdılar ki, heyif o kişidən ki, belə oğlu var. Axırda dözməyib intihar etmək qərarına gəldim. Məni güclə polislər bu fikrimdən daşındırdı. Mən ən böyük travmaları qohumlarımdan almışam. Uşaqlıqdan mənə qul kimi yanaşıblar. Qohumlarım yediyim tikəni də sayırdılar. Atamı öldürən elə onlar oldu. Bütün günü ondan anama, anamdan ona xəbər aparırdılar. Yazıq kişi axırda özünü yandırdı da. Çoxları monitor arxasında şir olur. Deyəndə ki, gəl görüm, kimsiz, həmin an dovşan olurlar. Elə insanlara demək istəyirəm ki, kimə nə mənim həyatımdan? Kişiyəm, “gey”əm, “trans”am, özüm bilərəm. Şərhlərə fikir verirdim. Gecəyarısı ağızlarına nə gəldi yazırdılar”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısının sirli «Uğan» MMC şirkəti və mənimsənilən yüz minlər - KORRUPSİYA

    İcra başçısının sirli «Uğan» MMC şirkəti və ...

    24-01-2014, 15:33

  • 
  • Oğuzun icra başçısı pulu yollara belə “axıdır” – Tenderlərin qalibi öz şirkətidir?

    Oğuzun icra başçısı pulu yollara belə “axıdır” – ...

    7-07-2021, 16:51

  • 
  • Bu dəfə Şəhid anası icra başçısını İFŞA ETDİ - NARAZILIQ!

    Bu dəfə Şəhid anası icra başçısını İFŞA ETDİ - ...

    8-07-2021, 10:37

  • 
  • Şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür - UNUTMARIQ!

    Şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn ...

    7-11-2018, 11:28

  • 
  • Şəhid Çingiz Qurbanovun atası: "Qusarda dəfn olunacaq..."

    Şəhid Çingiz Qurbanovun atası: "Qusarda dəfn ...

    5-02-2017, 14:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu