Ukraynada Kuraxovo-Baxmut-Marinka uğrunda döyüşlərdə Azərbaycan əsilli Ukrayna vətəndaşı Amil Sultanov həlak olub.
Yerli diaspor təşkilatından bildiriblər ki, Azərbaycanın Lənkəran rayonunun Şovu kəndindən olan Amil Sultanov Ukraynanın Zaporijye şəhərində yaşayıb. Ukrayna Ordusunda hərbi istehkamçı olub.
Amil Sultanov Zaporijye şəhərində dəfn olunub.
Ukraynada döyüşlərdə həlak olan Azərbaycan əsilli hərbçilərin statistikası aparılmır. Yerli diaspor təşkilatlarının hesablamalarına görə, Rusiya-Ukrayna müharibəsində Ukrayna Ordusunda döyüşən 40-dək azərbaycanlı hərbçi həlak olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?