Gundemxeber.az » Dünya » İsveç və Finlandiya ilk dəfə NATO-nun anti-böhran təlimlərində iştirak edəcək
Dəvət olunmuş NATO üzvü statusuna malik Finlandiya və İsveç ilk dəfə alyansın böhranın idarə edilməsi üzrə illik CMX 2023 təlimində iştirak edəcək, BNS çərşənbə axşamı Litva hökumət ofisinə istinadən xəbər verir.
Martın 9-15-də baş tutacaq təlimlər zamanı mülki və hərbçilərə böhranın idarə olunması üzrə təlimlər keçiriləcək. Onlarda Litva və alyansdakı digər müttəfiqlər iştirak edəcək.
Təlimlər zamanı Litva müttəfiqləri ilə əməkdaşlığı gücləndirməyə və mümkün böhran vəziyyətlərini idarə etmək üçün hazırlığı artırmağa çalışacaq, ofis qeyd edib.
Təlimlərə yerləşdirilən müttəfiq qüvvələri cəlb etməyəcək, onlar hibrid mühitdə mürəkkəb mülki-hərbi ssenarilərə cavab işləyib hazırlayacaqlar, mesajda vurğulanır.
BNS xatırladır ki, belə təlimlər 1992-ci ildən keçirilir.
NATO-ya üzv ölkələr 5 iyul 2022-ci ildə Finlandiya və İsveçin Şimali Atlantika Şurasına qoşulma protokollarını imzaladılar. Alyansın bütün üzv dövlətləri üzvlük protokollarını ratifikasiya edən kimi bu dövlətlər NATO-ya daxil olacaqlar.
NATO-nun 30 ölkəsindən Türkiyə və Macarıstan hələ də İsveç və Finlandiyanın alyansa üzvlüyünü ratifikasiya etməyiblər.
Tərcümə: Gundemxeber.az
7-06-2016, 23:42
10-10-2018, 13:10
30-08-2018, 12:49
13-05-2016, 01:53
29-08-2018, 13:32
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?