Gundemxeber.az » Dünya » Seçkilərin nəticələrinə görə Qazaxıstan parlamentinə 6 partiya daxil olub
Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarına görə, Qazaxıstan parlamentinə altı partiya daxil olub...
Gundemxeber.az xəbər verir ki, süçkilərin qalibi hakim Amanat” partiasıdır. Bu partiya Milli Məclisə (parlamentin aşağı palatası) deputat seçkilərində partiya siyahıları üzrə səsvermə zamanı səslərin 53,9 faizini qazanıb.
MSK sədri Nurlan Abdirovun sözlərinə görə, zəruri olan 5%-lik səs baryerini “Ayıl” Xalq Demokratik Vətənpərvər Partiyası (10,9%), Respublika Partiyası (8,59%), Qazaxıstan Xalq Partiyası (8,59%) Qazaxıstanın demokratik partiyası “Ak Jol” (8,41 faiz) və Ümummilli Sosial Demokrat Partiyası (5,2 faiz) keçib. “Baytak” yaşıllar partiyası deputat mandatlarının bölüşdürülməsində iştirak etməyəcək. Bu partiyaya seçicilərin yalnız 2,3%-i ona səs verib.
Xatırladaq ki, martın 19-da Qazaxıstanda Milli Məclisə və məclislərə (yerli nümayəndəlik orqanlarına) növbədənkənar seçkilər keçirilib. Yekun seçici fəallığı 54,21% təşkil edib.
Seçkilərdə Qazaxıstanda qeydiyyatdan keçmiş yeddi partiyanın hamısı iştirak edib. Milli Məclisin 69 mandatı uğrunda mübarizə aparan partiyaların yeddi siyahısına 281 namizədin adı daxil edilib.
GUNDEMXEBER.AZ
19-01-2023, 17:31
25-09-2017, 10:15
24-09-2017, 12:54
16-03-2023, 10:07
9-10-2013, 21:40
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?