Regionda gərginliyin artması fonunda Avropa İttifaqı Şurasının Prezidenti Carles Mişel martın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Bu barədə Twitter hesabında paylaşım edən avropalı rəsmi ölkə liderləri ilə son vəziyyəti müzakirə etdiyini bildirib.
“Aİ-nin iki ölkə arasında normallaşma prosesinə, eləcə də regionda sülh və sabitliyin daha inkişaf etdirilməsinə tövhə verməyə hazır olduğunu diqqətə çatdırdım”, - Charles Michel qeyd edib.
O, telefon danışığı zamanı rəsmi Bakı və Yerevan arasında gərginliyin artmasından da narahat olduqlarını bildirib. GundemXeber.Az qeyd edir ki, bu haqda prezident.az saytı yazıb.
Sorğu
Yeni dizaynımız necədir?