Gundemxeber.az » Dünya » Məşhur nəşr Baydenə çağırış etdi: “Rusiya səfirini və jurnalistlərini ölkədən çıxarın”
“The Wall Street Journal” qəzeti ABŞ Prezident Administrasiyasını Rusiya səfirini və bütün rusiyalı jurnalistləri ölkədən çıxarmağa çağırıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, qəzet Rusiyadakı müxbiri Evan Qerşkoviçin həbsinə cavab olaraq bu addımın atılmasını istəyib.
Bununla bağlı dərc edilmiş məqalədə bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin indi jurnalistin sağlamlığı və təhlükəsizliyinə cavabdehdir. Co Bayden administrasiyası isə onun azadlığa buraxılmasına nail olmalıdır.
“The Wall Street Journal” casusluq ittihamlarını rədd edib və qeyd edib ki, Evan Qerşkoviç uzun illər Rusiyada işləyib və əgər Federal Təhlükəsizlik Xidməti onu həqiqətən də casus hesab etsəydi, çoxdan ölkədən çıxara bilərdi. Qəzetin fikrincə, Rusiya bu yolla ABŞ-ni pis vəziyyətdə qoymaq və xarici mətbuatı qorxutmaq istəyir.
Qəzetin jurnalistləri vurğulayıblar ki, amerikalı Qerşkoviçin həbsi həmçinin ABŞ-nin öz vətəndaşlarına qarşı hücumların qarşısını almaq imkanlarının azaldığını göstərir.
“Bayden administrasiyası diplomatik və siyasi eskalasiyanı nəzərdən keçirməli olacaq. Rusiyanın ABŞ-dəki səfirinin, eləcə də burada çalışan bütün rusiyalı jurnalistlərin ölkədən çıxarılması bu istiqamətdə atılmış minimum addım olardı. ABŞ hökumətinin əsas vəzifəsi öz vətəndaşlarını qorumaqdır. İndi olduqca çox sayda hökumət hesab edir ki, amerikalıları həbs edə bilər və buna görə də cəzasız qalacaq”, - deyə məqalədə bildirilib.
GUNDEMXEBER.AZ
31-03-2023, 21:55
19-02-2017, 20:53
4-11-2014, 22:20
23-11-2018, 09:48
1-03-2016, 15:39
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?