Gundemxeber.az » Dünya » Zelenski FTX-yə sanksiya tətbiq edib
Ukrayna Prezidenti Volodimir Zelenski Federak Təhlükəsizlik Xidməti (FTX), Federal Mühafizə Xidməti, həmçinin Federasiya Şurası və Rusiya Maliyyə Nazirliyinə qarşı on il müddətinə sanksiya tətbiq edib.
Müvafiq fərman Ukrayna Prezident Ofisinin saytında dərc olunub.
Sənədə əsasən, sanksiyalar Rusiya Federasiyası Prezidentinin Xüsusi Proqramlar üzrə Baş İdarəsinə, Federal Maliyyə Monitorinqi Xidmətinə, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin Xüsusi Texnologiyalar üzrə Baş Mərkəzinə və Baş Qərargahın Baş Hesablama Mərkəzinə qoyulub. Bundan başqa, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dərin Sular Tədqiqatları Baş İdarəsi və Rusiya Müdafiə Nazirliyinin V.P. Çkalov adına Dövlət Uçuş-Sınaq Mərkəzi sanksiya siyahısına əlavə edilib.
Hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edilib və bunlara aktivlərin dondurulması, ticarət əməliyyatlarının dayandırılması, lisenziyaların ləğvi, ticarət müqavilələrinə, birgə layihə və proqramlara xitam verilməsi, texnologiya və əqli mülkiyyət hüquqlarının ötürülməsinə yasaq daxildir. Cəmi 14 məhdudlaşdırıcı tədbir işə salınıb.
GUNDEMXEBER.AZ
18-10-2016, 00:49
23-10-2018, 21:11
13-09-2019, 13:55
26-11-2020, 10:50
20-01-2018, 11:30
Sorğu
Yeni dizaynımız necədir?