Gundemxeber.az » Dünya » 2023-cü ildə albalı çiçəyi mövsümü Yaponiya iqtisadiyyatına 4,7 milyard dollar gətirə bilər
Yaponiyada bu il albalı çiçəyi mövsümünün yerli biznesə dəstək verəcək karantin məhdudiyyətlərinin aradan qaldırılması sayəsində çoxlu turist cəlb edəcəyi gözlənilir.
Kansai Universitetinin ekspertləri hesab edirlər ki, bu dövrdə işgüzar aktivliyin artmasının Yaponiya iqtisadiyyatı üçün müsbət təsiri 616 milyard yenaya (4,7 milyard dollar) çata bilər.
Bloomberg qeyd edir ki, Yaponiyadakı həm kiçik, həm də böyük bizneslər, bu dövrdə tematik içkilər təklif edən Starbucks Corp. qəhvə şəbəkəsindən tutmuş turoperatorlara və otel şəbəkələrinə qədər mütəxəssislərin albalı çiçəyi tarixləri ilə bağlı proqnozlarının düzgünlüyündən asılıdır.
Albalı çiçəyinin zirvəsinin təxminən bir həftə davam etdiyini nəzərə alsaq, proqnozların düzgünlüyü çox vacibdir, çünki müəssisələr marketinq kampaniyaları ilə təxmin etməlidirlər.
2007-ci ildə Yaponiya Meteorologiya Agentliyi, mütəxəssislərinin albalı çiçəyi mövsümünün tarixlərini doqquz günə yanlış qiymətləndirməsindən sonra ictimaiyyətdən üzr istəmək məcburiyyətində qaldı.
TƏRCÜMƏ GUNDEMXEBER.AZ
2-06-2017, 23:55
10-07-2018, 11:43
16-03-2023, 23:43
14-06-2022, 09:48
12-12-2013, 19:36
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?