Bu gecə Kosta-Rikanın Pavas şəhərində iki sərnişin qatarının toqquşması nəticəsində 57 nəfər xəsarət alıb.
Hadisə yerində Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları çalışırlar. Ağır dərəcədə xəsarət alan sərnişinlərdən 17-si yerli hospitala göndərilib. Digər yaralılara hadisə yerində tibbi yardım göstərilib.
Kosta-Rikanın Dəmiryol İnstitutunun nümayəndələri hesab edirlər ki, qəzaya səbəb telefon rabitəsindəki nasazlıqla bağlı dəmiryol dispetçerlərinin hərəkətinin razılaşdırılmaması olub.(trend)
Sorğu
Yeni dizaynımız necədir?