Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı bazasının xüsusi təyinatlı bölmələri növbəti dəfə təlim keçiriblər.
Rus hərbçilər qış təlimi dövrü üçün nəzarət yoxlaması zamanı Alagöz yüksək dağlıq poliqonunda şərti düşmənin diversiya-kəşfiyyat qrupunu məhv ediblər. xəbər verir ki. bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, rus hərbçilər qış təlimi dövrü üçün nəzarət yoxlaması zamanı Alagöz yüksək dağlıq poliqonunda şərti düşmənin diversiya-kəşfiyyat qrupunu məhv ediblər. Bundan başqa xüsusi təyinatlılar "düşmən" diversiya-kəşfiyyat qrupunun cəmləşdiyi yerləri müəyyən etmək üçün naməlum ərazidə kəşfiyyat işləri də aparıb. Onlar kamuflyaj edilmiş komanda məntəqələri, radiostansiyalar və rabitə mərkəzlərini və sursat anbarlarını aşkar etmək üsullarını işləyib hazırlayıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?