Rusiyada Petropavlovsk-Kamçatskdan 445 km uzaqlıqda 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin saytında məlumat verilib.
Episentri Petropavlovsk-Kamçatskdan 445 km aralıda yerləşən zəlzələnin dərinliyi 94,3 km olub.
Paramuşir adasındakı Severo-Kurilsk sakinləri 3-4 bal gücündə yeraltı təkanlar hiss ediblər. Belə bir qüvvə ilə nəzərəçarpacaq vibrasiya hiss olunur, şüşələr titrəyir, qablar cingildəyir, çilçıraqlar yellənir. Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti əlavə edib ki, hazırda bina və tikililərə dəymiş ziyanın həcmi dəqiqləşdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?