Ermənistan tərəfinin təxribatı nəticəsində ölən erməni həbrçilərin sayı artıb.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təxribat nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
18:01
Ermənistan tərəfinin törətdiyi təxribat nəticəsində üç erməni əsgəri ölüb.
Bu barədə erməni mənbələri xəbər veriblər.
Bildirilir ki, çoxsaylı yaralılar da var, ancaq onların dəqiq sayı açıqlanmayıb.
Yaralılar arasında xüsusi təyinatlı ordu korpusunun komandiri Armen Gozalyanın olduğu vurğulanıb. Hazırda onun əməliyyat olunduğu bildirilir.
Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?