Gundemxeber.az » Dünya » “Twitter”dəki nasazlıq istifadəçiləri biabır etdi - Çılpaq şəkilləri hər kəs gördü
“Twitter Circle" funksiyasındakı məxfiliyin pozulması istifadəçilərin şəxsi yazılarının ictimailəşməsinə səbəb olub...
GUNDEMXEBER,AZ xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ilin avqust ayında hər kəs üçün istifadəyə verilən bu funksiya istifadəçilərə bəzi yazılarını yalnız seçdikləri insanlara göstərməyə imkan verir.
İstifadəçilər platformada “Twitter Circle” seçimini redaktə edərək istədikləri hesabları silə və istədiklərini əlavə edə bilərlər. Yalnız bu siyahılara əlavə edilən istifadəçilər şəxsi paylaşılan yazıları görə bilər. Amma funksiyanın son bir neçə gündə nasaz olduğu ortaya çıxıb.
Gizlilik pozuntusunu ilk görənlərdən biri olan amerikalı yazıçı Abraham Cosefin Riesman platformadakı paylaşımda “Twitter Circle" qırıldı” yazıb.
Riesman “Twitter Circle” üçün çılpaq bir şəkil paylaşdığını, lakin paylaşmağı seçmədiyi insanların da bəyəndiyini bildirib: “Dünən “Circle”da çılpaq şəklimi yerləşdirdim və izləmədiyim bəzi təsadüfi insanlar da bunu bəyəndi".
Riesman "Çevrəniz üçün paylaşdığınız çılpaq fotolarınızı silin!!!" əlavəsini edib.
Digər istifadəçilər də pozulma ilə bağlı narahatlıqlarını bildiriblər. Onların bir çoxu "Twitter Circle" funksiyasından ən özəl fikirlərini və şəkillərini yalnız etibar etdikləri insanlarla paylaşmaq üçün istifadə edən insanlardır.
"Twitch"in keçmiş mühəndisi Teo Braun deyib ki, "Twitter” istifadəçilərə təqdim edilməzdən əvvəl eksklüziv məzmunu lazımi şəkildə süzgəcdən keçirə bilmir".
“Twitter”də keçmiş data mütəxəssisi Melissa İnql də hadisəni "məxfiliyin böyük pozulması" kimi qiymətləndirib.
GUNDEMXEBER.AZ
8-01-2015, 00:34
15-10-2015, 21:41
11-07-2014, 01:10
28-03-2016, 19:57
30-05-2014, 09:22
Sorğu
Yeni dizaynımız necədir?