Gundemxeber.az » Dünya » Kreml Haaqa məhkəməsinin Naftogaz-a 5 milyard dollar təzminatla bağlı qərarını öyrənəcəyini bildirib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfi Haaqa məhkəməsinin Rusiyanı Krımda aktivlərinin itirilməsinə görə “Naftoqaz Ukrainy”yə 5 milyard dollar məbləğində təzminat ödəməyə məcbur edən qərarını təhlil edəcək. .
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bu qərarı daha əvvəl sosial şəbəkələrdə “Naftoqaz”ın rəhbəri Aleksey Çernışov bildirib. Peskovdan brifinqdə Rusiya tərəfinin reaksiyasının necə olduğu və məhkəmənin qərarını yerinə yetirmək niyyətində olub-olmaması soruşulub.
"Həqiqətən də bu məhkəmə prosesi baş verib. Bu, yeni deyil. Qərar isə yenidir. Onu təhlil etmək lazımdır. Və bu işdə bizim hüquqlarımızı qorumaqla məşğul olan mütəxəssislərimiz indi təhlil edib, gələcək addımlar barədə qərar verəcəklər. ", - Peskov bildirib.
GUNDEMXEBER.AZ
13-11-2020, 12:33
9-10-2020, 15:41
16-01-2023, 19:10
6-03-2023, 22:09
15-12-2016, 22:03
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?