Gundemxeber.az » Dünya » Küveytdə parlament təkrar buraxılıb
Küveytin vəliəhd şeyxi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah 2020-ci ildə seçilən parlamentin yenidən buraxılması haqqında sərəncam imzalayıb.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, o bildirib ki, Ali Məhkəmənin bərpa etdiyi qanunverici orqanın buraxılmasına dair qərar qəbul edib: “Yaxın aylarda yeni parlament seçkilərin tarixi açıqlanacaq”.
Qeyd edək ki, Küveyt əmirinin varisi 2020-ci ildə seçilən parlamenti buraxmışdı. 2022-ci ilin yayında qanunverici orqanın vergi islahatlarını təşviqdən imtina etməsindən sonra Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah erkən seçkilər elan etmişdi.
Sonuncu seçkilərdə müxalifət 50 deputat yerindən 28-ni qazanmışdı. Ali Məhkəmə həmin seçkilərin nəticələrini və şeyxin qərarını ləğv etmişdi. Ona görə də 2020-ci ildə seçilən deputatlar fəaliyyətini davam etdirirdi.
Xatırladaq ki, Ərəb ölkələrindəki başqa monarxiyalarından fərqli olaraq Küveyt parlamenti dövlət aparatının səmərəli fəaliyyəti və deputatların kompromis tapmaq bacarığı baxımından daha çox hakimiyyətə malikdir
GUNDEMXEBER.AZ
14-01-2020, 21:27
6-12-2019, 11:37
24-02-2016, 21:42
6-12-2019, 16:04
9-12-2019, 17:17
Sorğu
Yeni dizaynımız necədir?