ABŞ Dövlət Departamenti Türkiyə Silahlı Qüvvələrinin istifadəsindəki F-16 döyüş təyyarələri üçün rabitə sistemi olan Link-16 taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin satışı ilə bağlı qərarını Konqresə rəsmi şəkildə çatdırıb.
Bildirilib ki, satış paketinə mövcud olan F16-larda quraşdırılacaq Link-16 sisteminin "Kompleks Təkmilləşdirmə-2” səviyyəsinə yüksəldilməsi nəzərdə tutulub. Buraya Avtomatik Toqquşmadan Qaçma Sistemləri, həmçinin müvafiq avadanlıq və mühəndislik dəstəyi də daxildir.
Link-16, həmçinin taktiki məlumat bağlantısı (TDL) kimi tanınan, NATO və müttəfiq ölkələr tərəfindən istifadə edilən hərbi radio şəbəkəsidir. Bu şəbəkə təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları (PUA), gəmilər və quru qoşunları arasında taktiki məlumat mübadiləsini təmin edir.
Link-16 yüksək sürətli məlumat ötürülməsi, məlumatların avtomatik yenilənməsi, dinamik marşrutlaşdırma və geniş əhatə dairəsi kimi xüsusiyyətləri ilə tanınır. O, hava hücumundan müdafiə, hava hücumu, dəniz müharibəsi və digər taktiki əməliyyatlarda istifadə oluna bilən bir sıra rabitə rejimlərini təklif edir.
Qeyd olunur ki, ABŞ Konqresinin NATO üzvlərinə verilən satış icazələri üçün 15 iş günü, NATO üzvü olmayan ölkələr üçün isə 30 iş günü ərzində Departamentin qərarından şikayət etmək hüququ var.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?