Azyaşlı bir uşaq ABŞ-da Ağ Evin ərazisinə hasardakı barmaqlıqlardan keçərək daxil olub. Gundemxeber.az xarici mediaya istinadla bildirir ki,kompleksə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. Mühafizə uşağı qazonda yaxalayaraq Pensilvaniya prospektində valideynlərinə təhvil verib. Valideynlər ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən qısa müddətə dindirilib və sərbəst buraxılıb.
Agentliyin məlumatına görə, bu hal hasarın hündürlüyünün iki dəfə artırılaraq, demək olar ki, dörd metrə çatdırılmasından sonra Ağ Evə ilk uğurlu hücum ola bilər. Hasarın barmaqlıqları arasındakı məsafə 12 sm-dən bir qədər çoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?