Gundemxeber.az » Dünya » Rusiyada koronavirusun “Arktur” adlı yeni alt növü peyda oldu
Rusiyada Omikron ştammının bir variantı olan Arktur koronavirusun yeni alt növü (XVV 1.16) yayılır. Rospotrebnadzorun rəhbəri Anna Popovanın sözlərinə görə, "Arktur”un yayılma dalğası mayın sonunda, bayram və məzuniyyətlərdən sonra gözlənilir.
"Biz may ayının sonuna qədər [insidentlərin] daha da artması risklərini görürük. İndi tətil dövrü başlayacaq, sonra hamı toplanacaq və bu artım ola bilər".
Gundemxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu sözlər Popovanın açıqlamasında yer alir. Eyni zamanda, ekspertlər bildirirlər ki, yeni yarımnövün yüksək yoluxuculuğuna baxmayaraq, xəstəliyin ağır gedişatına səbəb olmur, ona görə də onun Rusiyada aşkarlanması narahatlıq doğurmur və insidentlərin ciddi artımını gözləmək olmaz. Qeyd edilir ki, artıq tanış olan simptomlara əlavə olaraq, Arktur ilə yoluxduqda konjonktivit və qızdırma əlamətləri görünə bilər, lakin bütün hallarda deyil. Aprelin 18-də Rospotrebnadzor Rusiyada koronavirusun Arktur alt növünə ilk yoluxma halları barədə məlumat verib. Agentlik qeyd edib ki, epidemiya əleyhinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi tələb olunmur. Ertəsi gün bu variant Moskva xəstələrinin üç nümunəsində tapılıb. Əvvəllər Arktur alt növü Hindistan, Sinqapurda geniş yayılmışdı və hallar ABŞ, Almaniya və Çində də qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yeni versiya aprelin 13-dən etibarən 29 ölkəyə yayılıb.
GUNDEMXEBER.AZ
11-01-2021, 10:57
22-04-2020, 22:35
28-01-2021, 11:50
26-05-2021, 12:24
15-06-2020, 11:55
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?